Basketbol üzrə çempion olduq

Basketbol üzrə çempion olduq

Azərbaycanın İslamiadada qazandığı 73-cü qızıl medaldır

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 3X3 basketbol turniri başa çatıb. Azərbaycanın kişi basketbolçulardan ibarət millisi finalda Qətər yığması ilə qarşılaşıb.

Daha yaxşı oyun nümayiş etdirən komandamız 13:9 hesablı qələbə qazanaraq qızıl medala layiq görülüb. Bu, Azərbaycanın İslamiadada qazandığı 73-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.