Başkəndin İrəvana verilməsi… – Musabəyov “düzəltdi”

Başkəndin İrəvana verilməsi… – Musabəyov “düzəltdi”

Bir qrup az tanınan saytlar Birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən tutulan Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi təklifini mənə aid edərək “stəkanda fırtına” məlumatı yaydılar.

AzerTimes xəbər verir ki, bunu politoloq Rasim Musabəyov özünün Feysbuk səhifəsində yazıb.

“Deyirlər ki, İctimai Televiziyanın bazar günü proqramına şərhimdə Başkəndin strateji əhəmiyyət kəsb etmədiyini deməklə ölkəmizin mənafeyinə xələl gətirmişəm.

Əslində isə dedim ki, Ermənistanın nəzarətində qalan dörd Azərbaycan anklavı ərazi baxımından keçmiş Ermənistanın Başkənd anklavı ilə müqayisə olunsa da, Kərkidən İrəvanı İranla birləşdirən yol, Yuxara Əskəpardan isə Ermənistanı Gürcüstanla birləşdirən əsas magistral keçir. Kəndlərimizin strateji əhəmiyyəti danılmazdır, Başkənd yalnız rayon yollarının kəsişməsində yerləşir. İşğal olunmuş Azərbaycan anklavları keçmiş Ermənistan anklavı Başkənddən daha qiymətlidir. Bu hal gələcək Ermənistan-Azərbaycan danışıqlarında mütləq şəkildə eksklav kəndlərinin taleyi həll edilərkən nəzərə alınmalıdır və Başkəndin Ermənistana verilməsindən söhbət getmədi. Mən sadəcə olaraq vurğuladım ki, Azərbaycanın eksklavlarla bağlı danışıqlarda mövqeyi Ermənistanın mövqeyindən güclüdür. Ancaq bəziləri üçün həqiqətdən uzaq olsa belə, diqqəti cəlb edən başlıq daha vacibdir”, – Musabəyov bildirib.

Qeyd edək ki, Rasim Musabəyov Başkəndin heç bir strateji əhəmiyyət kəsb etmədiyini bildirməklə yanaşı, 1929-cu ildə bizdən əsassız olaraq alınan kəndin “mübadilə edilməli” olduğunu deyib.

Teqlər: