Xəbər verdiyimiz kimi, Türkiyə Gənclər Birliyinin (TGB) üzvləri İzmirdə amerikalı hərbçinin başına torba keçiriblər və bu olay videolentə alınıb.
AzerTimes xəbər verir ki, məsələ ilə bağlı İzmir Valiliyi məlumat yayıb.
Bildirilib ki, Konak ilçəsinin Kipr Şəhidləri küçəsində TGB üzvü olan 13 kişi və 2 qadın mülki geyimdə olan iki amerikalı hərbçiyə zor tətbiq edərək hücum ediblər.
Həmçinin mülki geyimdə olan digər 5 amerikalı hərbçi də davada iştirak edib. Polis əməkdaşları dərhal olaya müdaxilə edib.
Hadisədə iştirak edən 15 şübhəli yaxalanıb və müvəqqəti saxlanma mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.