Başıma silah dayadı, “Atəş aç, şərəfsiz” dedim – Akar

Başıma silah dayadı, “Atəş aç, şərəfsiz” dedim – Akar

Türkiyənin sabiq müdafiə naziri 15 İyul hadisələri zamanı başına gələn hadisələrdən birini danışıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Jurnalist Akara “O gecə sizə əmrinizdəki zabit silah çəkmişdi. O an nə hiss etdiniz” sualını ünvanlayıb.

“Bəli, o gecə unuda bilmədiyim hadisələrdən biri də alnıma tuşlanmış silah idi. Silahı tutan xain davamlı olaraq “Oturun, sakit olun, yoxsa atəş açaram” deyirdi. Mən də həmin an əsəbiləşərək “Atəş aç, şərəfsiz” deyə qışqırdım üstünə”, – Akar cavab verib.

Qeyd edək ki, Hulusi Akar həmin dövrdə Türkiyə Baş Qərargah rəisi olub.

Teqlər: