Şamil Basayev və Xəttabın dəstəsinin keçmiş üzvü İbrahim Maqomedov Dağıstanda saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Maqomedov Dağıstanın Xasavyurt rayonunun Novolakski kəndində yaxalanıb. O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 209-cu (banditizm), 279-cu (silahlı üsyan), 317-ci (hüquq-mühafizə orqanı əməkdaşının həyatına hücum) maddələri ilə ittiham olunur.
Bildirilib ki, Maqomedov 1999-cu ildə 99 nəfərin öldürüldüyü Novolakski kəndinə hücumda iştirak edib.