UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura start verilib.
AzerTimes xəbər verir ki, açılış matçında Türkiyənin “Başakşəhər” öz meydanda Moldova komandsı “Petrokub”la 1:1 hesablı heç-heçəyə razılaşıb.
Hesabı 42-ci dəqiqədə penalti zərbəsindən Kşiştof Piontek açıb. Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə qaça biliblər. Lon Borş dəqiq zərbə müəllifi olub.
Qeyd edək ki, əvvəlki üç matçda bir heç-heçə edən İstanbul klubunun xallarının sayı 2-ə çatıb. “Petrokub” isə ilk xalını qazanıb.