Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə bağlı planlarını mənimlə bölüşməsə də, bu mənə sirr deyildi.
AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“2021-ci ilin 25 noyabrında Putinlə Soçidə görüşəndə başa düşdüm ki, dünya daha çətinə hazırlaşır. Ona görə yox ki, Putin mənə nəsə deyib. Sadəcə Ukraynada nəsə olacağını başa düşdüm. Bunu mənə o demədi. Həmişə, biz görüşəndə o, 40 dəqiqə Ukraynadan danışırdı. Sonra başa düşdüm ki, artıq qərar verilib”, – Vuçiç bildirib.