Başa düşdüm ki, ateist ola bilməyəcəm – Lukaşenko

Başa düşdüm ki, ateist ola bilməyəcəm – Lukaşenko

Gəncliyimdə ateizmlə bağlı mühazirələr oxuyurdum, amma başa düşdüm ki, ateist ola bilməyəcəm.

AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən gənc olanda rayon partiya komitəsinə dəvət edildim və ateizm təbliğatı üzrə mühazirəçi kimi təsdiq olundum. Bu mühazirələri oxumağa çalışırdım və bir gün Kopısda keşişlə qarşılaşdım, onunla söhbət etdik. Onunla uzun mübahisədən sonra fikirləşdim ki, İlahi, mən adi din xadimləri ilə müqayisədə nə qədər acizəm, hələ böyük adamları demirəm. Bununla da mənim ateizm təbliğatım başa çatdı. Başa düşdüm ki, bu mənim işim deyil və ateist olmalı deyiləm”, – Lukaşenko bildirib.

Teqlər: