Baş redaktor ölümcül döyüldü

Baş redaktor ölümcül döyüldü

“Regionun səsi” qəzetinin baş redaktoru Ağasəf Həsənov ölümcül döyülüb. Hadisə bu gün Cəlilabad rayonundakı yeməkxanalardan birində baş verib. Başında ağır xəsarət alan A.Həsənov qan içərisində xəstəxanaya yerləşdirilib.

A.Həsənov iddia edir ki, onu rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədov döyüb. Lakin polis onun iddasını təsdiq etmədi.

Cəlilabad rayion Polis Şöbəsinin rəis müavini Eldar Səfərov Criminal.az saytına açıqlamasında bildirdi ki, A.Həsənovu Rizvan Məmmədov adlı şəxs yaralayıb. O, kafedə butulkanı A.Həsənovun başına vurub. Şöbə rəisinin sözlərinə görə, E.Məmmədov hadisə vaxtı orda olmayıb.

Hadisədən əvvəl R.Məmmədov, A.Həsənov və E.Məmmədov hadisə baş verən kafedə görüşüblər. Sonradan isə E.Məmmədov kafeni tərk edib. Bundan sonra A.Həsənov bölmə rəisinin ünvanına xoşagəlməz sözlər işlədib. Bu zaman R.Məmmədov butulkanı götürərək A.Həsənovun başına zərbə endirib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məlumat üçün bildirək ki, ‘Regionun səsi’ qəzeti Mətbuat Şurasının ‘reket nəşrlər’ üçün tərtib etdiyi ‘qara siyahı’ya salınıb.

reqionunsesi-redaktor