Tanınmış jurnalist Taleh Şahsuvarlı yenidən tələbə adını qazanıb.
Bu barədə AzerTimes-a danışan Şahsuvarlı bildirib ki, BDU-nun hüquq fakültəsinə qəbul olunub.
Qeyd edək ki, Taleh Novruz oğlu Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə üzrə bakalavr, fəlsəfə tarixi üzrə magistr təhsili alıb.
2004-2005-ci illərdə zabit kimi hərbi xidmətdə olub. İkinci Qarabağ savaşında iştirak edib və “Ağdamın azadlığı uğrunda” medalı ilə təltif edilib.
1995-ci ildən jurnalistika sahəsində fəaliyyət göstərir, ABŞ-da “İctimai siyasət” üzrə xüsusi kurs keçib. Hazırda AzNews.az analitik-informasiya portalına rəhbərlik edir. DİN yanında İctimai Şuranın üzvüdür.