Baş Qərargah rəisi Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda
dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Baş
Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili,
eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı
sayəsində qoşunların döyüş hazırlığının yüksək səviyyədə
saxlanılmasını təmin etmək üçün bütün lazımi şərait yaradılıb.

General-polkovnik K.Vəliyev dövlət sərhədinin Kəlbəcər rayonu
sahəsində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşərək onun
qayğıları ilə maraqlanıb, xidmətdə fərqlənən hərbi qulluqçuları
mükafatlandırıb, gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra Baş Qərargah rəisi hərbi birliyin komandir-rəis heyəti ilə
xidməti müşavirə keçirib. General-polkovnik K.Vəliyev Ali Baş
Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları
müşavirə iştirakçılarına çatdırıb.

Sonda müasir ümumqoşun döyüşünün aparılması üsulları nəzərə
alınmaqla bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi,
silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə təlimlərin
real döyüş şəraitinə uyğun keçirilməsi ilə əlaqədar müdafiə
nazirinin göstərişləri aidiyyəti üzrə şəxsi heyətə çatdırılıb.

Teqlər: