Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Həmid Nəsirov Baş Prokururluqda dindirildikdən sonra saxlanılıb.
AzerTimes xəbər verir ki, H.Nəsirov bu vəzifəyə 2020-ci ildə təyin edilib. Onun namizədliyi Gəncə şəhəri icra başçısının müavini tərəfindən irəli sürülüb. H.Nəsirov icra başçısının müavininin qohumudur.
Xatırladaq ki, bundan öncə Gəncə şəhər idman idarəsində aparılan yoxlamalarla bağlı məlumat yayılmışdı.