Baş Prokurorluq polis rəisinin intiharı ilə bağlı araşdırmalara başladı

Xəbər - Samir Əli – Trend:

Baş Prokurorluq Bakıda polis rəisinin özünü öldürməsi ilə bağlı araşdırmalara başlayıb. Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.

Teqlər: