Baş Prokurorluq itkin düşmüş hərbi qulluqçunun nəşinin tapılması ilə bağlı məlumat yayıb

Xəbər - Samir Əli – Trend:

Baş Prokurorluq itkin düşmüş daha bir hərbi qulluqçunun nəşinin tapılması ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildiririk ki, itkin düşmüş daha bir hərbi qulluqçunun –gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilmiş, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcəkdir”.

Teqlər: