Xəbər - Samir Əli – Trend:
Baş Prokurorluq işğaldan azad olunan ərazilərimizdə baş verən yanğın hadisələri ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən AzerTimes-a vderilən məlumatda bildirilir ki, işğaldan azad edilmiş ərazilərimizdə xeyli sayda yanğın hadisələrinin baş verməsi müşahidə olunmaqdadır: “Hazırda aparılan yenidənqurma və bərpa işlərini həyata keçirən habelə, Qarabağa səfər edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması, ağaclıq və taxıl sahələrində, meşə massivlərində tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsi yanğın hadisələrinə səbəb olur. Nəticədə, qeyd edilən ərazilərdə flora və faunaya ciddi ziyan vurulur. Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!
Təbiəti qorumaq hər bir vətəndaşın borcudur!”.