Baş Prokurorluq həyat yoldaşını qətlə yetirən hakimin vəkillərinə xəbərdarlıq edib

Xəbər - Samir Əli – Trend:

Baş Prokurorluq həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən hakim Fəqan Əhmədovun vəkillərinin mediaya açıqlamasına münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirib ki, cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsi istintaqın gedişatına təsir kimi qəbul ediləcək: “Odur ki, Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir”.

Teqlər: