Xəbər - Samir Əli – Trend:
Baş Prokurorluğun Mətbuat xidməti Daşkəsən sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Qurumdan AzerTimes-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Daşkəsən rayon sakininin Ermənistan Respublikası ilə sərhəd olan kənddə minaya düşməsi barədə məlumatlar yayılıb.
Bununla bağlı bildiririk ki, 29 avqust 2021-ci il tarixdə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən “Təkqaya” adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Twitter: @GuleliyevSamir