Xəbər verildiyi kimi, martın 14-də saat 21 radələrində Binəqədi
rayonu ərazisində yerləşən marketlərdən birində 1984-cü il
təvəllüdlü Zaur Yusifovun öldürülməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə
cinayət işi başlanmışdır.
İlkin istintaqla 2000-ci il təvəllüdlü Samir Şirəliyevin qətlə
yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun
öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə
odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilmişdir.
Samir Şirəliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.