Xəbər - Çingiz Səfərli – Trend:
Baş prokuror Kamran Əliyev məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrum edilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun rütbə və adlarından məhrum edilməməsi məsələsinə aydınlıq gətirib.
AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Baş prokuror bildirib ki, bu barədə qərarın verilməsi mütləq deyil: “Qanunun tələblərinə görə, zəruri olarsa, prokuror bununla bağlı məhkəmə qarşısında çıxış edə və məhkəmə də aidiyyəti qurumlara vəsatət göndərə bilər. Amma bu iş məqsədəmüvafiq hesab edilməyib. Cinayət təqibini həyata keçirən prokurorluq və məhkəmə tərəfindən belə müraciət edilməyib. Ona görə də bununla bağlı qərar qəbul olunmayıb”.
Twitter: @cingizsafarli