Baş prokuror Özbəkistanda rəsmi səfərdədir

Baş prokuror Kamran Əliyev Özbəkistanda rəsmi səfərdədir.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, Azərbaycan və
Özbəkistan prokurorluqları arasında işgüzar əlaqələrin daha da
möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin
rəhbərlik etdiyi nümayəndə heyəti özbəkistanlı həmkarı Niqmatilla
Yuldaşevin dəvəti ilə Daşkəndə rəsmi səfər edib.

Səfər çərçivəsində cinayətkarlığa qarşı mübarizədə birgə
fəaliyyətin daha da gücləndirilməsi məqsədilə bir sıra görüşlərin
keçirilməsi nəzərdə tutulmuşdur.

Teqlər: