Baş prokuror Laçın və Qubadlıda hərbi hissələrdə oldu

Baş prokuror Laçın və Qubadlıda hərbi hissələrdə oldu

İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.

Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış hərbi-siyasi zəfərin əhəmiyyətindən bəhs edib.

Sonra bir qrup hərbçiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.

Teqlər: