Baş prokuror Kamran Əliyev Naxçıvana işgüzar səfər edib (FOTO)

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, avqustun 5-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.

Baş Prokurorluqdan AzerTimes-a bildirilib ki, nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edərək onlara muzey barədə ətraflı məlumat verilib.

Qonaqlar muzeydə nümayiş etdirilən zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri ilə bağlı eksponatlarla tanış olmuşlar.
Baş prokurorun rəhbərlik etdiyi heyət həmçinin Ulu öndərin adını daşıyan tam orta məktəb və Hərbi Liseydə də olublar.

Bundan sonra Bəhruz Kəngərli muzeyini ziyarət etmiş qonaqlara Azərbaycan rəssamlıq sənətinin ən görkəmli nümunələrindən olan əsərlər barədə ətraflı məlumat verilib.

Teqlər: