Baş prokuror Kamran Əliyev 3 rayonun vətəndaşlarını qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun
olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 21-də saat
10:00-da Füzuli rayon prokurorluğunun inzibati binasında Füzuli,
Beyləqan və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumatda bildirilir ki,
vətəndaşların qəbulla bağlı qeydiyyatı və Füzuli rayonuna
gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata
keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına
yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun
Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07
nömrəli telefonu və [email protected] elektron poçt ünvanı,
eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram,
facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla
bilərlər.

Teqlər: