Baş nazirin sədrliyi ilə Müşahidə Şurasının iclası oldu

Baş nazirin sədrliyi ilə Müşahidə Şurasının iclası oldu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib

AzerTimes xəbər verir ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamlarından Nazirlər Kabinetinə həvalə olunan tapşırıqların icrası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəalliyyət planının əsas istiqamətləri və nəticələri, təşkilati-struktur məsələləri geniş müzakirə olunub.

İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının təqdimatı dinlənilib.

İclasın yekununda “Strategiyada və Böyük Qayıdışa dair I Dövlət Proqramında” nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə müvafiq tapşırıqlar verilib.

Teqlər: