Baş nazirin əyləncəsi mediaya sızdı – Video

Baş nazirin əyləncəsi mediaya sızdı – Video

Finlandiyanın Baş naziri Sanna Marinin dostları ilə əyləndiyi video sosial şəbəkələrə sızdırılıb. Videoda baş nazirin dostları ilə rəqs etdiyi, mahnı oxuduğu, rahat və komplekssiz əyləndiyi anlar əks olunub.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, şəbəkə istifadəçiləri onun narkotikin təsiri altında olduğunu iddia ediblər.

Baş nazir bununla bağlı açıqlama verib.

Marin yayılan videolarda narkotikin təsiri altında olmadığını bildirib. Həmçinin gizlədəcək heç bir şeyinin də olmadığını əlavə edib.

“Rəqs edirdim, mahnı oxuyurdum, bayram edirdim, qanuni işlərlə məşğul idim… Narkotik istifadə etməmişdim. Alkoqoldan başqa heç nə qəbul etməmişdim”, – deyə o, sadəcə yüngül spirtli içki içdiyini qeyd edib.

O, həmçinin əlavə edib ki, bunlar şəxsi videolar olduğu üçün açıq şəkildə yayılacağını düşünməyib.

“Mən bilirdim ki, məni çəkirlər, amma inanırdım ki, videolar özəl olduğu və qapalı məkanda çəkildiyi üçün yayımlanmayacaq”, – deyə Marin vurğulayıb.

Bildirilir ki, yayılan videoda baş nazir Finlandiyanın bir neçə ictimai xadimi ilə birlikdə görüntülənib. Onların arasında deputat İlmari Nurminen və aparıcı Tinni Vikstrem də olub.

Sızdırılan kadrlarda Marinin bir neçə dostu ilə şən rəqs etdiyi görünür. Fonda isə insanların kokain haqqında nəsə danışdıqları eşidilir.

Teqlər: