Baş nazirdən şəhid statusu ilə bağlı qərar açıqlandı

Baş nazirdən şəhid statusu ilə bağlı qərar açıqlandı

“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqlənib.

AzerTimes xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiq olunub.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə (Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir) uyğun edilə bilər.

Teqlər: