“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 dekabr tarixli 471 nömrəli Qərarının qüvvədə olma müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında məlumat verilib.
Bildirilib ki, sözügedən qərar velosiped istehsalı üçün ölkəmizə idxal edilən ehtiyat hissələrinin gömrük rüsumlarından azad olunmasının iki il müddətinə uzadılmasını ehtiva etməklə, yerli istehsalın və regionların sənaye potensialının inkişafına dəstək məqsədi daşıyır.
www.yenicag.az