Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.
AzerTimes xəbər verir ki, ziyarət zamanı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.