Böyük Britaniyanın yeni baş naziri Liz Trass xalqa ilk müraciətini edib.
AzerTimes xəbər verir ki, vəzifə səaliyyətlərinin icrasına başlayan xanım siyasətçi 3 prioritetinin olduğunu açıqlayıb.
O, ilk planının vergiləri azaltmaq və iqtisadiyyatın həcmini böyütməkdən ibarət olduğunu qeyd edib. L.Trass bunun üçün cəsur bir fəaliyyət planına sahib olduğunu da söyləyib.
Baş nazir ikinci məsələnin Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranan enerji böhranını aradan qaldırmaqla bağlı olduğunu bildirib.
Trass həmçinin Britaniyanın Milli Səhiyyə Sistemini da böhrandan çıxaracağına söz verib.