Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilib.
AzerTimes hazırda diqqət Nazirlər Kabinetinin digər üzvlərinə yönəlib. Hansı nazir və xitmət-komitə sədrinin yenidən təsdiqlənəcəyi və ya əvəzlənəcəyi hazırda müzakirə mövzusudur.
Xatırladaq ki, Nazirlər Kabineti istefa verəndən sonra hazırda vəzifələrini icra edənlər aşağıdakılardır:
Yaqub Abdulla oğlu Eyyubov – Baş nazirin birinci müavini,
Əli Cavad oğlu Əhmədov – Baş nazirin müavini,
Şahin Abdulla oğlu Mustafayev – Baş nazirin müavini,
Vilayət Süleyman oğlu Eyvazov – daxili işlər naziri,
Muxtar Bahadur oğlu Babayev – ekologiya və təbii sərvətlər naziri,
Pərviz Oqtay oğlu Şahbazov – energetika naziri,
Fikrət Fərrux oğlu Məmmədov – ədliyyə naziri,
Sahil Rafiq oğlu Babayev – əmək və əhalinin sosial müdafiəsi naziri,
Kəmaləddin Fəttah oğlu Heydərov – fövqəladə hallar naziri,
Fərid Fazil oğlu Qayıbov – gənclər və idman naziri,
Ceyhun Əziz oğlu Bayramov – xarici işlər naziri,
Mikayıl Çingiz oğlu Cabbarov – iqtisadiyyat naziri,
Məcnun Qadir oğlu Məmmədov – kənd təsərrüfati naziri,
Samir Rauf oğlu Şərifov – maliyyə naziri,
Adil Qabil oğlu Kərimli – mədəniyyət naziri,
Zakir Əsgər oğlu Həsənov – müdafiə naziri,
Vüqar Valeh oğlu Mustafayev – müdafiə sənayesi naziri,
Rəşad Nəbi oğlu Nəbiyev – rəqəmsal inkişaf və nəqliyyat naziri,
Teymur Yusif oğlu Musayev – səhiyyə naziri,
Emin Eldar oğlu Əmrullayev – elm və təhsil naziri,
Bahar Əvəz qızı Muradova – Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,
Fuad Rauf oğlu Muradov – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri,
Mübariz Qəhrəman oğlu Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,
Şahin Soltan oğlu Bağırov – Dövlət Gömrük Komitəsinin sədri,
Tahir Yaqub oğlu Budaqov – Dövlət Statistika Komitəsinin sədri,
Anar Adil oğlu Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,
Rövşən Şükür oğlu Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri,
Vüsal Əfqan oğlu Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi,
Elçin İsağa oğlu Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi,
Əli Nağı oğlu Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi,
Orxan Sedyar oğlu Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi,
Mürsəl Qorxmaz oğlu İbrahimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi,
Qoşqar İlahi oğlu Təhməzli – Qida Təhlükəsizliyi Agentliyinin sədri,
Fuad Hümbət oğlu Nağıyev – Dövlət Turizm Agentliyinin sədri.