Baş nazir musiqiçini məhkəməyə verdi

Baş nazir musiqiçini məhkəməyə verdi

İtaliyanın Baş naziri Corciya Meloni Britaniyanın “Placebo” rok qrupunun solisti Brayan Molkonu təhqir və böhtana görə məhkəməyə verib.

AzerTimes xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Məlumata görə, Turində keçirilən “Sonic Park” festivalında Molko Melonini “irqçi” və “faşist” adlandırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hakimiyyət nümayəndəsinə hörmətsizlik faktı ilə bağlı araşdırmalara başlayıb.

Teqlər: