Baş nazir istefa verdi və ölkədən qaçdı

Baş nazir istefa verdi və ölkədən qaçdı

Banqladeşin Baş naziri Şeyx Hasina yüzlərlə insanın ölümü ilə nəticələnən kütləvi etirazlar fonunda istefa verib və ölkəni tərk edib.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, onun harada olduğu hələlik məlum deyil.

Qeyd edək ki, bazar ertəsi minlərlə insan baş nazirin iqamətgahı olan Qanobhabanın içərisinə basqın edib. Hazırda dövlətin başında kimin olduğu bəlli deyil.

Teqlər: