Fransa Baş naziri Yelizaveta Born Emmanuel Makrona istefa ərizəsi təqdim edib, lakin prezident onu qəbul etməyib.
AzerTimes xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib.
Məlumata görə, Makron bildirib ki, onun istefasını qəbul edə bilməz, çünki hökumət öz tapşırığını yerinə yetirməlidir.
Makron konstruktiv həll yolu tapmaq üçün siyasi partiya liderləri ilə görüş keçirməyi planlaşdırır.