Baş nazir gələn həftə Türkiyəyə gedir

Baş nazir gələn həftə Türkiyəyə gedir

Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.

AzerTimes Report-a istinadla xəbər verir ki, Ankarada Hökumətlərarası Komissiyanın 11-ci iclası olacaq.

İclas Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək.

Onlar həmçinin DEİK və Türkiyə Ticarət Palataları və Birjalar Birliyinin təşkil etdiyi biznes forumda iştirak edəcəklər.

Teqlər: