Baş nazir əsgərlərdən üzr istədi

Baş nazir əsgərlərdən üzr istədi

Niderland Baş naziri Mark Rutte Srebrenitsa soyqırımı zamanı bölgədə xidmət edən və sığınan bosniyalı mülki vətəndaşları serb qüvvələrinə təhvil verən niderlandlı əsgərlərdən lazımi qayğı göstərilmədiyi üçün üzr istəyib.

AzerTimes xəbər verir ki, Rutte Srebrenitsa soyqırımı zamanı BMT nəzdində bölgədə xidmət edən niderlandlı əsgərlər üçün Şaarsbergen şəhərində təşkil edilən xüsusi mərasimdə çıxışı zamanı deyib.
“Bu gün Niderland hökuməti adından Srebrenitsa soyqırımı zamanı BMT nəzdində bölgədə xidmət edən əsgərlərdən üzr istəyirəm”, – Rutte bildirib.

Teqlər: