Baş nazir Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 27-də
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, görüşdə
Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd
edildi. Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin
inkişafından məmnunluq ifadə olundu. Birgə həyata keçirilən
nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə
əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

Teqlər: