Baş nazir Əli Əsədov fevralın 21-də “Azərbaycan Respublikasında
antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı
təxirəsalınmaz tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamın
əsas hədəfləri dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına
təzyiqinin azaldılması, əhalinin real gəlirləri və alıcılıq
qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsidir.
Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, Sərəncamda deyilir
ki, inflyasiyanın xərc amillərinin qiymətlərə ötürücülüyünün
artdığı, idxal məhsulların bahalaşaraq qiymət artımını
sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik
qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına
qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq
qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.
2022-ci ildə qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının
qarşısının alınması üçün qiymətartırıcı amillərin
sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə
daxili istehsalın təşviqi sahəsində təxirəsalınmaz tədbirlər həyata
keçirilməlidir.
*****
Nazirlər Kabinetini Sərəncamında təchizatçıların
stimullaşdırılması haqda tapşırıq verildi
Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı “Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə
bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əsas ərzaq
məhsulları ilə təchizatın yaxşılaşdırılması haqda tapşırıqlar
verilib. Tapşırıqlara əsasən:
– Minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə
daxili bazarın təchizatının yaxşılaşdırılması;
– Səbətə daxil olan ərzaq məhsullarının yerli istehsalçılarının
stimullaşdırılması istiqamətində tədbirlər görülməsi nəzərdə
tutulur.
******
Nazirlər kabinetinin Sərəncamı: əsas ərzaq məhsullarının
tədarükü və emalının stimullaşdırılması üçün yeni güzəştli
maliyyələşdirmə şərtlərinə dair təkliflər hazırlanacaq
Baş nazir Əli Əsədovun
fevralın 21-də imzaladığı “Azərbaycan Respublikasında
antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı
təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əsas ərzaq
məhsullarının tədarükü və emalının stimullaşdırılması üçün güzəştli
maliyyələşdirmə alətləri də daxil olmaqla təkliflər hazırlanmasına
dair tapşırıqlar verilib.
Sərəncamda İqtisadiyyat nazirliyinə tapşırılıb ki, minimum
istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və
emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar
üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit,
kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair
təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim etsin.
*****
Nazirlər Kabinetinin Sərəncamında qiymət artımının
ticarət əlavələri hesabına sabitləşdirilməsi nəzərdə
tutulur
Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı “Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə
bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əsas ərzaq
məhsullarının qiymət artımının bazar iqtisadiyyatına uyğun
qaydalarla – ticarət əlavələri hesabına sabitləşdirilməsi ilə bağlı
İqtisadiyyat nazirliyinə tapşırıq verilib.
Sərəncamda deyilir ki, əhalinin həssas qruplarının sosial
müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin
tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət
əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflər on beş gün
müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.
******
Ölkədəki sağlam rəqabət mühitinə dair hər ay Nazirlər
Kabinetinə məruzə olunacaq, daxili bazar qorunacaq, qiymət
manipulyasiyasına nəzarət gücləndiriləcək
Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı “Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə
bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda müvafiq
qurumlara tapşırılıb ki, ölkədə sağlam rəqabət
mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların
bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi
hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün
aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat verilsin.
Həmçinin, İqtisadiyyat nazirliyinə tapşırılıb ki, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə minimum
istehlak səbətinin tərkibində ərzaq malları üzrə daxili bazarda
özünütəminat səviyyəsinin qorunmasına dair lazımi tədbirlər
görsün.
******
Nazirlər Kabinetinin Sərəncamı:
“Gömrük rüsumları və əlavə dəyər vergisi üzrə
güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma
xərclərinin optimallaşdırılmasına dair təkliflər
hazırlansın”
Baş nazir Əli Əsədovun
fevralın 21-də imzaladığı “Azərbaycan Respublikasında
antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı
təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda cari il ərzində
idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Gömrük
Komitəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə müvafiq
tapşırıqlar verilib.
Tapşırığa əsasən “idxal edilən və minimum istehlak səbətinin
tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə
etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların
idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə
güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma
xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflər
hazırlanması və on beş gün müddətində Nazirlər Kabinetinə təqdim
edilməsi nəzərdə tutulur.
******
Nazirlər Kabinetinin Sərəncamı: satış yarmarkalarının
təşkili və daşınma-logistik və ticarət şəbəkələrinə daxilolma
xərclərinin optimallaşdırılmasına dair tapşırıqlar
verildi
Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı “Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə
bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda hökumətin
müvafiq qurumlarına tapşırıq verilib ki, kənd təsərrüfatı
məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha
səmərəli təşkili, özəl tədarük-satış bazalarının və logistik
mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görsünlər.
Eyni zamanda, yerli istehsal edilən və idxal olunan kənd
təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika xərclərinin
optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə
təklifləri hazırlayıb on beş gün müddətində Nazirlər Kabinetinə
təqdim etsinlər.
*******
Nazirlər Kabinetinin Sərəncamı: qısa, orta və
uzunmüddətli dövlət qiymətli kağızların buraxılışı nəzərdə
tutulur
Baş nazir Əli Əsədovun
fevralın 21-də imzaladığı “Azərbaycan Respublikasında
antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı
təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda Maliyyə
Nazirliyinə “inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və
uzunmüddətli dövlət qiymətli kağızların buraxılışı istiqamətində
lazımi tədbirlər görülməsi”nə dair tapşırıq verilib.
******
Nazirlər kabinetinin Sərəncamı: zərurət olduğu təqdirdə
özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilə
bilər
Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı “Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə
bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda zərurət olduğu
təqdirdə özünüməşğulluq proqramının və haqqı ödənilən ictimai
işlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər
görülməsi nəzərdə tutulur.
******
Nazirlər kabinetinin Sərəncamı: qiymət sabitliyini
dəstəkləyən monetar siyasətin aparılması, monetar və fiskal
siyasətin sıx əlaqələndirilməsi tövsiyyə olunur
Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı
“Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin
gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”
Sərəncamda Mərkəzi Banka inflyasiya təzyiqlərinin
azaldılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
ilə birlikdə monetar və
fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində zəruri
tədbirlərin həyata keçirilməsi, inflyasiyanın makroiqtisadi və
maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə
öz səlahiyyətləri çərçivəsində lazımi işləri görməsi tövsiyyə
olunub.
******
Strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflər
hazırlanacaq
Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasında
antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı
təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamla Dövlət Ehtiyatları
Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinə qlobal ərzaq bazarındakı
vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanmaya
dair təkliflərin hazırlanması tapşırılıb.