Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerində monitorinq keçirilib

Xəbər - Samir Əli – Tremd:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerində monitorinq keçirib.

Bu barədə AzerTimes-a açıqlamasında komitənin sədr müavini Elçin Şirinov məlumat verib.

O bildirib ki, monitorinqin məqsədi orada saxlanılan şəxslərlə rəftar, onların hüquqlarının təmin olunması, qidaların vəziyyəti, saxlanma şəraiti, dərman preparatları ilə təminat, kameralarda istilik sistemlərinin vəziyyəti, pandemiya qaydalarına riayət səviyyəsini öyrənmək olub. Monitorinq zamanı məntəqədə saxlanılan 2 nəfərlə görüşülüb: “Monitorinqi mən və komitə sədri Tural Hüseynov keçirdik. Saxlanılan şəxslərin hər ikisi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İş üzrə təxminən 15-20 nəfər zərərçəkmiş var.


Görüş zamanı hər iki şəxslə fərqi söhbət apardıq, saxlanma vəziyyəti, qida, tibbi yardım və rəftarla bağlı maraqlandıq. Hər iki saxlanılan şəxs heç bir məsələ ilə bağlı narazılıq etmədi. Saxlanma şəraitləri, kameraların vəziyyətləri isə tam normal idi”.

Elçin Şirinov bildirib ki, komitənin müvəqqəti saxlama yerlərində monitorinqləri davam edir.

Teqlər: