Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın Kaliforniya ştatının senatoru Entoni Portantino daşnakları, irqçiliyi dəstəklədiyinə və etnik zorakılığa çağırış etdiyinə görə üzr istəməlidir.
AzerTimes-ın məlumatına görə, bu, Azərbaycanın Los-Ancelsdəki Baş konsulluğunun “Twitter” səhifəsində yazılıb.
Qeyd olunub ki, senator Los-Ancelesdə Azərbaycan bayrağına bürüdülmüş manekenin “edam” olunması mərasimində iştirak edib.
Baş konsulluq bu addımın utancverici olduğunu bildirib.