Baş Klinik Hospitalda tibbi təlim keçirilib (FOTO/VİDEO)

Cari ilin hazırlıq planına uyğun olaraq Müdafiə Nazirliyinin Baş
Klinik Hospitalında Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin
kursantlarına “Hospitala xəstə və yaralıların kütləvi qəbulu zamanı
onların çeşidlənməsi, yerləşdirilməsi və tibbi yardımın
göstərilməsi” mövzusunda təlim keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, təlim zamanı kursantlar xəstə və yaralıların
qəbulu, onlara ilk tibbi yardımın göstərilməsi, müayinə, müalicə və
qarşıya qoyulan digər tapşırıqları praktiki olaraq icra
ediblər.

Vətən müharibəsində tibb sahəsində əldə edilən təcrübələrin
tətbiq edilməsilə keçirilən təlimdə əsas diqqət kursantların nəzəri
bilik və praktiki vərdişlərinin inkişaf etdirilməsinə
yönəldilib.

Teqlər: