Baş katib rus ordusunun gündəlik itkisini açıqladı

Baş katib rus ordusunun gündəlik itkisini açıqladı

Rusiya ölkənin kritik enerji infrastrukturuna hücumu davam etdirdiyi üçün Ukrayna ən sərt qışı yaşamağa məhkumdur.

AzerTimes xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte deyib.

“NATO Ukraynaya daha çox kömək etməlidir və edəcək. Biz nə qədər çox hərbi dəstək etsək, bu müharibə bir o qədər tez bitəcək”, – Rutte bildirib.

O vurğulayıb ki, NATO ölkələrinin köməyi Ukraynanın mübarizəni davam etdirməsi üçün həyati əhəmiyyət kəsb edir.

NATO-nun baş katibi cəbhədəki vəziyyəti Ukrayna üçün “çətin” adlandırıb:

“Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin bir hissəsini ələ keçirsə də, ruslar Donbasda yavaş-yavaş irəliləməyə davam edir”.

O, Rusiyanın itkilərinin çox olduğunu, hər gün 1000 ölü və yaralı qurban verdiklərini qeyd edib.

Teqlər: