Azərbaycan Mərkəzi Bankının (AMB) Data Departamentinə direktor təyin edilib.
AzerTimes xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifə Vüqar Məsimova həvalə olunub.
O, bundan əvvəl qurumun İnformasiya texnologiyaları departamentinin bölmə rəhbəri vəzifəsində çalışıb.