“Barselona”nın prezidenti Messinin növbəti klubunun adını açıqlayıb

“Barselona” futbol klubunun prezidenti Joan Laporta Lionel Messinin karyerasını davam etdirəcəyi klubun adını açıqlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Tuttomercatoweb” portalı bildirib.

Onun sözlərinə görə, Argentinalı futbolçunun növbəti klubu Fransanın “PSJ” komandası olacaq.

J.Laporta qeyd edib ki, futbolçunun Kataloniya komandasında qalmasını çox istəyərdi və bunun üçün əlindən gələni edib.

Teqlər: