“Barselona”nın 2 futbolçusu koronavirusdan sağalıb.
Trend xəbər verir ki, yarımmüdafiəçi Pedri və hücumçu Ferran Torresin testinin nəticəsi neqativ çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kollektivlə birgə məşqlərə qoşulan oyunçular “Real”a qarşı keçiriləcək İspaniya Super Kuboku matçında iştirak edə bilər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında İspaniya Super Kubokunun yarımfinal mərhələsində keçiriləcək “El Klasiko” matçı bu gün Bakı vaxtilə saat 23:00-da başlayacaq.