UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
AzerTimes xəbər verir ki, bu gün E, F, G və H qruplarında I turun oyunları baş tutub.
I turun ilk oyun günündə keçirilən qarşılaşmaların nəticələri aşağıdakı kimidir:
E qrupu
“Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya) 2:0
“Latsio” (İtaliya) – “Atletiko” (İspaniya) 1:1
F qrupu
“Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə) 0:0
PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 2:0
G qrupu
“Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya) 1:3
“Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) 3:1
H qrupu
“Barselona” (İspaniya) – “Antverpen” (Belçika) 5:0
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Portu” (Portuqaliya) 1:3
Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sentyabrın 20-də keçiriləcək.