“Barselona” Xavinin rəhbərliyi ilə ilk dəfə məğlub oldu

Futbol üzrə İspaniya La Liqasının 16-cı turu çərçivəsində “Barselona” “Betis”i qəbul edib.

AzerTimes-ın məlumatına görə, “Kamp Nou” stadionunda keçirilən qarşılaşmanı 66 250 nəfər izləyib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 79-cu dəqiqədə “Betis”in hücumçusu Huanmi vurub.


Qeyd edək ki, “Barselona” noyabrın 6-da təyin edilən yeni baş məşqçisi Xavinin rəhbərliyi altında ilk dəfə məğlub olub. Daha əvvəlki oyunlarda “Barselona” “Espanyol”u və “Vilyareal”ı məğlub edib, “Benfika” ilə isə heç-heçə edib.