“Barselona” “Selta” ilə matçda 3 topluq üstünlüyü əldən verib

Futbol üzrə İspaniya çempionatının 13-cü turunda səfərdə “Selta” ilə qarşılaşan “Barselona” 3:3 hesablı heç-heçə edib.

Trend xəbər verir ki, kataloniyalıların heyətində qolları Ansu Fati (5-ci dəqiqə), Serxio Buskets (18) və Memfis Depay (34) vurub. Heç-heçəni “Selta”ya İaqo Aspas (52, 90+6) və Nolitonun (74) qolları gətirdi.


“Barselona” ardıcıl dörd oyundur (iki heç-heçə, iki məğlubiyyət) İspaniya çempionatının qalib gələ bilmir və 12 matçda 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Daha əvvəl klubun yeni baş məşqçisinin “Barselonanın” keçmiş oyunçusu Xavi olacağı açıqlanıb. O, oktyabrın 28-də istefaya göndərilən Ronald Kumanı əvəz edəcək.

Teqlər: