“Barselona” futbol klubunun prezidenti Josep Maria Bartomeu vəzifəsindən istefa verib.
Kataloniya klubunun rəsmi saytı bu barədə məlumat yayıb. O, bu qərarını idarə heyətinin üzvləri ilə iclasından sonra açıqlayıb.
Qeyd edək ki, Bartomeu 2014-cü ildən Kataloniya təmsilçisinin prezidenti idi.