Niderlandlı mütəxəssis Ronald Kuman İspaniyanın “Barselona” futbol klubunun baş məşqçisi vəzifəsindən azad olunub.
AzerTimes-ın məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.
Bu qərar Kataloniya komandasının İspaniya çempionatında “Rayo Valyekano”ya uduzmasından (0:1) sonra verilib.
R.Kuman “Barselona”nın oyunçuları və heyəti ilə oktyabrın 28-də vidalaşacaq.