İspaniya çempionatının 34-cü turu çərçivəsində “Barselona” futbol klubu səfərdə “Espanyol”a 4:2 hesabı ilə qalib gəlib.
AzerTimes-ın məlumatına görə, qalib komandanın heyətində qolları Robert Levandovski (11-ci, 41-ci dəqiqələr), Alexandro Balde (20), Jül Kunde (53) vurublar. Məğlum komandanın heyətində Xavyer Puado (73) və Xoselu (90+2) fərqləniblər.
Turnir cədvəlinin liderlik edən “Barselona” 34 oyundan sonra 85 xal toplayıb və 71 xalla ikinci yerdə olan “Real Madrid” üçün əlçatmaz olub. Kataloniyalılar çempionatın bitməsinə dörd tur qalmış vaxtından əvvəl titul qazanıblar.
“Barselona” tarixində 27-ci dəfə La Liqanın qalibi olub.